Əsas Səhifə > Ana xəbər / Güney Press > Expressbankda yeni təyinat

Expressbankda yeni təyinat


Bu gün, 16:03

Expressbank ASC-də yeni kadr təyinatı baş tutub.

"DİA-AZ" xəbər verir ki, bankın Biznes bankçılıq departamentinin Mikro kreditlər şöbəsinin müdiri vəzifəsində çalışan Yaşar Cabarov Biznes bankçılıq departamentinin direktor müavini vəzifəsinə təyin edilib.

Yaşar Cabarov ali təhsilini Azərbaycan Texniki Universitetində tamamlayıb.

Yaşar Cabarov maliyyə sektorunda 20 ildən çox peşəkar təcrübəyə malikdir.

O, karyerasına “Azərbaycan Dəmir Yolları” QSC-də fəaliyyət göstərməklə başlamış, 2005-ci ildən etibarən maliyyə sektorunda çalışmışdır. Bu müddət ərzində “AccessBank” QSC-də kredit mütəxəssisi, “TBC Kredit” BOKT MMC-də filial müdiri, “Yelo Bank” ASC-də isə Mikro kreditləşmə departamentinin Satışın təşkili şöbəsinin müdiri və Mikro biznes müştəriləri departamentinin meneceri vəzifələrində fəaliyyət göstərib.

2023-cü ilin oktyabr ayından Expressbank ASC-nin Biznes Bankçılıq departamentinin Mikro kreditlər şöbəsinin müdiri vəzifəsində çalışan Yaşar Cabarov mikro biznes kreditləşməsi sahəsində satış strategiyalarının inkişafı, kredit portfelinin böyüdülməsi, biznes proseslərinin optimallaşdırılması və komandanın idarə olunması istiqamətində uğurlu nəticələr əldə edib.

Yaşar Cabarovun yeni vəzifədə fəaliyyətinin Expressbankın biznes bankçılıq istiqamətində strateji hədəflərinə nail olunmasına, mikro biznes seqmentinin inkişafına və müştəriyönümlü xidmətlərin daha da təkmilləşdirilməsinə mühüm töhfə verəcəyi gözlənilir.

Lisenziya №119, 30.12.1992, AR MB. Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.


Geri qayıt