Əsas Səhifə > Ana xəbər / Güney Press > Maliyyə naziri NK qarşısında GERİ ÇƏKİLDİ?
Maliyyə naziri NK qarşısında GERİ ÇƏKİLDİ?Bu gün, 10:48 |
|
“Gündəlik Naxçıvan” məsələni ictimailəşdirdikdən sonra Naxçıvan Nazirlər Kabineti əməkdaşlarının iki aydır ala bilmədikləri maaşlar ödənilib. Bu barədə kabinet əməkdaşları redaksiyamıza məlumat veriblər.
Onların sözlərinə görə, problem xəbər dərc olunduqdan iki gün sonra həllini tapıb.
“İki aydır maaş ala bilmirdik. Nazirlər də bura daxildir. Düzdür, onlara rüşvətdən gələn pul o qədərdir ki, maaş heç yadlarına düşmür. Əsas əziyyət çəkən biz – sürücülər və digər texniki işçilər idik. Kredit borclarımız, dükanlara borcumuz yığılmışdı. Deyirdilər ki, guya maliyyə yoxdur. Bəs necə olur ki, məsələ ictimailəşəndən sonra maliyyə tapıldı?”
“Gündəlik Naxçıvan” bir neçə gün əvvəl Nazirlər Kabinetinin əməkdaşlarının iki aydan çoxdur maaş ala bilmədiyini yazmışdı. Mənbələrin bildirdiyinə görə, problem nazirlərdən tutmuş sürücülər, xadimələr və digər texniki işçilərə qədər bütün əməkdaşları əhatə edirdi.
Əməkdaşlar maaşların gecikməsinin rəsmi olaraq büdcədə vəsait çatışmazlığı ilə izah edildiyini, əsl səbəbin isə yüksək vəzifəli məmurlar arasındakı qarşıdurma olduğunu iddia edirdilər. Onların sözlərinə görə, bu qarşıdurmanın əsas yükünü maaş hesabına dolanan sıravi və texniki işçilər çəkirdi.
Geri qayıt |