Əsas Səhifə > Ana xəbər / Güney Press > Erməni mediası Azərbaycan pulları üzərindəki xəritələrdə Başkəndin əks olunmasından yazdı...

Erməni mediası Azərbaycan pulları üzərindəki xəritələrdə Başkəndin əks olunmasından yazdı...


Bu gün, 10:11

Artsvaşen(Gədəbəydə sovet dövründə Ermənistan SSR anklavı olmuş Başkənd kəndi-S.L.) Azərbaycan manatı və pasport xəritələrində anklav kimi qeyd olunub . Bu, çox vacib bir nüansdır. Və düşünürəm ki, Alma-Ata Bəyannaməsinə uyğun xəritələrə dəqiq münasibət göstərmək üçün eyni güzgü yanaşmasını nümayiş etdirməliyik, çünki bu, həmin müqavilələrdən və təkcə imzalamadığımız deyil, həm də Ermənistan vətəndaşları tərəfindən faktiki seçkilər yolu ilə təsdiqlənmiş paraflanmış müqavilənin mətnindən irəli gəlir".
Moderator.az xəbər verir ki, tert.am-ın yaydığı məlumata görə, bunu Ermənistan Baş naziri Nikol Paşinyan 9 iyulda jurnalistlərlə görüşdə bildirib.
Daha sonra Paşinyan əlavə edib: "Amma əminəm ki, Ermənistandakı bu nüans... Məsələn, mən bu barədə cəmi bir ay və ya bir ay yarım əvvəl öyrəndim ki, məsələn, Azərbaycan xəritəsinin ifadə olunduğu Azərbaycan manatı üzərində Artsvaşen(Başkənd-S.L.) ayrıca fərqli rəngdə, Azərbaycana məxsus olmayan ərazi kimi qeyd olunub . Eyni şey pasportlarda da eyni şəkildə ifadə olunur. Yəni, de-yure, o, Azərbaycana aid deyil".
"İndi bilmirəm, güman edirəm ki, orada insanlar yaşayır, bəlkə də çox dəqiq məlumatım yoxdur. Amma bu, siyasətimizi, münasibətlərimizi və mövqelərimizi inkişaf etdirərkən də daxil olmaqla, çox əhəmiyyətli bir faktdır."
Ermənistandakı rusiyapərəst və revanşistlər dərhal erməni baş naziri “ifşa”sına başlayıblar:
Məsələn, Köçəryan-Sərkisyan klanlarına bağlılığı hiss edilən “Hetq” nəşri "Ya Paşinyan aldadılıb, ya da bizi aldadır" başlıqlı məqaləsində yazır ki, Paşinyanın açıqlaması manipulyativdir, çünki həqiqətin yarısını təqdim edir.
“Məsələ burasındadır ki , 2020-ci ildən sonra çap olunmuş Azərbaycan manatı əskinaslarının bütün nüsxələrində Artsvaşen(Başkənd- S.L.) anklav (Ermənistanın anklavı) kimi deyil, Azərbaycan ərazisinin bir hissəsi kimi təqdim olunur ...”
Nəşr xatırladır ki, SSRİ-nin dağılmasından sonra Azərbaycan bir neçə dəfə sikkələr (qəpik - rusca "kopeek" sözündən-guya-S.L.)) və əskinaslar (manat - rusca "moneta" sözündən- guya- S.L.- tam əksinə…) buraxmışdır.
Azərbaycan manatı 1992-ci ildə dövriyyəyə buraxılıb və 1 yanvar 1994-cü ildən etibarən Sovet rublu dövriyyədən çıxarıldığı üçün Azərbaycanda yeganə qanuni ödəniş vasitəsinə çevrilib. Manatla paralel olaraq, onun kiçik sikkəsi olan qəpik (1 manat 100 qəpiyə bərabərdir) dövriyyəyə buraxılıb və sikkə şəklində hazırlanıb.
İlk qəpik sikkələri olan 5, 10, 20 və 50 qəpik nominallı sikkələr 1992-1993-cü illərdə buraxılmışdır. Onların üzərində Azərbaycan xəritəsi yox idi.
"Qəpik" sikkələrinin ikinci buraxılışı 2006-cı ilin yanvar ayından etibarən dövriyyədədir və bu gün də istifadədədir. 1, 3, 5, 10, 20 və 50 qəpik nominallı sikkələr buraxılıb. Onların üz tərəfində Azərbaycanın xəritəsi təsvir olunub, lakin üzərində Sovet dövründə Azərbaycan və Ermənistan ərazisində formalaşmış anklavlar ayrılmayıb. Başqa sözlə, Artsvaşen(Başkənd- S.L.) Azərbaycan ərazisindən, Tiqranaşen(Kərki-S.L.) , Verin Voskepar(Yuxarı əskipara- S.L.) və Sofulu-Barxudarlu isə Ermənistan ərazisindəndir...”
Çox güman ki, bu yazıdan Bakıdakı rusiyapərəst siyasi dairələr də Ermənistanın Paşinyan hökumətinə qarşı növbəti nifrət yağdırmaq vasitəsi kimi istifadə edəcəklər...

Geri qayıt