Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycanda 1 milyon dollardan çox sərvəti olan neçə nəfər var?

Azərbaycanda 1 milyon dollardan çox sərvəti olan neçə nəfər var?


Dünən, 11:48

Aktivləri 1 milyon ABŞ dollarından çox olan şəxslərin sayı region ölkələrində kəskin şəkildə dəyişir.
"DİA-AZ"ın məlumatına görə, yeniavaz.com
BMG agentliyinə istinadən xəbər verir ki, milyonçuların sayı ilə bağlı məlumatlar iki əsas qrupa bölünür.
Rusiya və Türkiyə kimi böyük regional iqtisadiyyatlarda göstəricilər beynəlxalq maliyyə hesabatlarında əks olunur. Cənubi Qafqaz ölkələrində isə dəqiq rəsmi statistika olmadığından əsasən ekspert qiymətləndirmələrindən istifadə edilir.
İsveçrənin maliyyə qrupu UBS-in “Qlobal Sərvət Hesabatı”na əsasən, regionda milyonçuların sayına görə lider Rusiyadır. Ölkədə aktivləri 1 milyon dollardan çox olan təxminən 447 min 777 nəfər var.
Türkiyədə isə milyonçuların sayı təxminən 93 min nəfərdir.
BMG agentliyi bildirir ki, Cənubi Qafqaz ölkələrində mənzərə daha fərqlidir.
Qeyd olunur ki, beynəlxalq maliyyə qurumları Azərbaycan və Ermənistan üzrə milyonçuların dəqiq sayını adətən açıqlamır. Mövcud hesablamalara görə, Azərbaycanda 4-6 min nəfər arasında milyonçu ola bilər.
Ermənistanda milyonçuların sayının isə təxminən 1500-2000 nəfər olduğu qiymətləndirilir.
Agentlik həmçinin qeyd edir ki, Gürcüstanda milyonçuların dəqiq sayı açıqlanmır. Sonuncu ictimai məlumatlara görə, 2019-cu ildə Gürcüstanda 488 nəfərin illik gəliri 1 milyon laridən çox olub. Bu rəqəm ölkənin Gəlir Xidməti tərəfindən təqdim edilib. Lakin beynəlxalq reytinqlərdə adətən sərvəti və ya gəliri 1 milyon ABŞ dolları ilə ölçülən şəxslər nəzərə alındığından, həmin dövrdə Gürcüstanda neçə dollar milyonçusunun olduğu məlum deyil.


Geri qayıt