Əsas Səhifə > Ana xəbər / Güney Press > Pezeşkiyandan ermənicə təşəkkürnamə

Pezeşkiyandan ermənicə təşəkkürnamə


Bu gün, 11:56

İran prezidenti Məsud Pezeşkiyan Ermənistan Baş naziri Nikol Paşinyana Əli Xamenei ilə vida mərasimində iştirak etdiyinə görə erməni dilində təşəkkürünü bildirib.
"DİA-AZ" xəbər verir ki, o, paylaşdığı X paylaşımında yazıb:
“Şəhid Ali Liderlə vida və dövlət dəfn mərasimində iştirakına görə Ermənistanın baş naziri cənab Nikol Paşinyana təşəkkür edirik.@NikolPashinyan pic.twitter.com/V2VrO4Nzg1
— Məsud Pezeşkian (@drpezeshkian) 8 iyul 2026-cı il”.
Ermənicə mətndə isə bunlar yazılıb:
“Biz xoşməramlılıq nümayişini heç vaxt unutmayacağıq. Ümid edirəm ki, iki nəcib İran və Ermənistan xalqı arasında həmişə qarşılıqlı maraqlara, mehriban qonşuluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan tarixi və dostluq münasibətləri inkişaf edəcək və davam edəcək”, - deyə Pezeşin mesajında bildirilir.
O, qeyd edib ki, mərhum İran ruhani lideri həmişə Ermənistanla münasibətlərin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb və Ermənistanı “dürüst qonşu” adlandırıb.
İran prezidenti öz paylaşımında həmçinin bildirib ki, “Bizim siyasətimiz ikitərəfli münasibətləri hərtərəfli gücləndirmək və inkişaf etdirməkdir”.
Müəllif: Heydər Oğuz

Geri qayıt