Əsas Səhifə > Ana xəbər / Güney Press > Sənədləri saxtalaşdırdığına görə «qara siyahı»ya düşən “Kon-Lay Project” MMC...

Sənədləri saxtalaşdırdığına görə «qara siyahı»ya düşən “Kon-Lay Project” MMC...


Bu gün, 16:33

“Kon-Lay Project” MMC (VÖEN: 1301807111) “Z Construction and Partner” MMC-nin (VÖEN 1806396171) ona qoşulması ilə əlaqədar yenidən təşkil olunduğunu elan edib.

"DİA-AZ" xəbər verir ki, bu qoşulma ilə əlaqədar “Z Construction and Partner” MMC ləğv edilir.

Qeyd edək ki, “Kon-Lay Project” MMC 2008-ci ilin 11 noyabr tarixində dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Həsənov Anar Əzimxan oğlu olan şirkətin nizamnamə kapitalı 20 manatdır. MMC hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi pr. ev.78, m.20 ünvanıdır.

“Kon-Lay Project” MMC bu ilin may ayının 12-də Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyini qərarı ilə dövlət satınalmaları üzrə «etibarsız təchizatçı»lar siyahısına əlavə edilib. Buna səbəb şirkətin sənəd saxtalaşdırma hallarına yol verməsi olub. Şirkətin dövlət satınalmalarında iştirakı 2027-ci ilin may ayının 12-ə qədər qadağan edilib.


Geri qayıt