Əsas Səhifə > Ana xəbər / Güney Press > “Q-STP” MMC-yə yeni Baş direktor təyin olunub
“Q-STP” MMC-yə yeni Baş direktor təyin olunubBu gün, 17:20 |
|
“Q-STP” MMC-də yeni kadr təyinatı baş tutub. Şirkətin Baş direktoru vəzifəsinə Fərid Rzabəyli Fərhad oğlu təyin edilib. Fərid Rzabəyli bu təyinata qədər “Sumqayıt Tekstil” MMC-də direktor vəzifəsini icra edib. Bakı Dövlət Universitetinin məzunu olan Fərid Rzabəyli əmək fəaliyyəti dövründə PAŞA Bank, STP Şirkətlər Qrupu və STP-BTECH kimi nüfuzlu müəssisələrdə müxtəlif rəhbər və idarəetmə istiqamətli vəzifələrdə çalışıb. Peşəkar fəaliyyəti ərzində korporativ idarəetmə, biznes proseslərinin optimallaşdırılması və strateji inkişaf sahələrində zəngin təcrübə qazanan Fərid Rzabəyli rəhbərlik etdiyi kollektivlərdə səmərəli idarəetmə prinsiplərinin tətbiqi, davamlı inkişafın təmin olunması və yüksək nəticəyönümlü fəaliyyət modeli ilə seçilib. “Q-STP” MMC Azərbaycanda tekstil sənayesində fəaliyyət göstərən və güc strukturları, dövlət qurumları, sənaye müəssisələri, eləcə də korporativ müştərilər üçün yüksək keyfiyyətli xüsusi təyinatlı geyimlər, iş geyimləri, fərdi mühafizə vasitələri və digər tekstil məhsullarının istehsalı və təchizatı sahəsində ixtisaslaşmış şirkətdir. Geri qayıt |