Əsas Səhifə > Ana xəbər / Güney Press > Bəlkə bu postlar LƏĞV OLUNSUN...

Bəlkə bu postlar LƏĞV OLUNSUN...


Bu gün, 07:31

Artıq neçə illərdir, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Ədliyyə Naziri, Mədəniyyət naziri, Səhiyyə naziri, Rabitə naziri, vergi xidməti rəisi, Daşınmaz əmlakın rəisi kimi mühüm postları boşdur. Bəzi kreslolar 5 ildir ki, öz sahibini gözləyir.
Bu fakt onu göstərir ki, Naxçıvanda bir çox strukturlar rəhbərsiz də idarə oluna bilər. O halda sual yaranır: ümumiyyətlə bu postlara ehtiyac varmı?
***
Naxçıvanın Ədliyyə naziri niyə yoxdur?
Az əvvəl də qeyd etdiyimiz kimi... Naxçıvanda bir çox nazir postu boşdur. Amma mənə ən maraqlı gələn Ədliyyə nazirinin yoxluğudur. Fikrimcə, bu yoxluq həm də simvolik məna daşıyır. Həqiqətən də dərəbəylik qayqalarının hökm sürdüyü, ədalətin mövcud olmadığı bir diyarda Ədliyyə nazirinə və nazirliyinə nə ehtiyac var?
Müəllif: Heydər Oğuz - "DİA-AZ"

Geri qayıt