Əsas Səhifə > Ana xəbər / Güney Press > “Turan Bank”da iki departament direktoru təyin edilib

“Turan Bank”da iki departament direktoru təyin edilib


Bu gün, 17:39

“Turan Bank” ASC-nin departamentlərinə yeni direktorlar təyin edilib.

Banker.az xəbər verir ki, Tural Yunusov İnformasiya Təhlükəsizliyi departamentinin direktoru təyin edilib.

T.Yunusov 2024-cü ilin əvvəlindən “Bank Avrasiya” ASC-də müvafiq vəzifədə çalışırdı. Adıçəkilən banka qədər “Prime Cotton”da, ASAN İnnovasiya Mərkəzi və ləğv edilən “Dəmir Bank” ASC-də çalışıb.

Bundan əlavə, Eldar Bayramov Daxili nəzarət departamentinin direktoru təyin edilib. O buna qədər müvafiq orqanda müvəqqəti icraedici direktor idi.


Geri qayıt