Əsas Səhifə > Ana xəbər / Güney Press > TƏBİB sədrinin işdən çıxarmaq istədiyi direktor könüllü ərizə yazmır
TƏBİB sədrinin işdən çıxarmaq istədiyi direktor könüllü ərizə yazmırBu gün, 11:33 |
|
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) icraçı direktoru Anar Bayramovun qurumun tabeçiliyində olan səhiyyə strukturlarında kadr dəyişiklikləri davam edir. Bir neçə gün əvvəl TƏBİB-in yeni sədrinin Respublika Neyrocərrahiyyə İnstitutunun direktoru Fərhad Həsənovu işdən azad etməsinə dair yayılan məlumatlar təsdiqini tapmayıb. Gununsesi.info-nun araşdırması zamanı məlum olub ki, hələ ötən ay Fərhad Həsənovdan işdən getməsi üçün könüllü ərizə yazmaq tələb olunsa da, o, buna razılaşmayıb. Sonradan məzuniyyətə yollanan Fərhad Həsənovu ötən müddət ərzində işdən kənarlaşdırmaq mümkün olmayıb. Saytımızı məlumatlandıran mənbənin sözlərinə görə, bir neçə gün əvvəl yenidən işə çıxan direktora növbəti dəfə ərizə yazması təklif edilib. Lakin Fərhad Həsənov bu dəfə də TƏBİB rəhbərliyinin tələbini rədd edib. Məlumatda o da bildirilir ki, TƏBİB rəhbərliyi Respublika Neyrocərrahiyyə İnstitutunda yoxlamalar təşkil etmək və direktorun fəaliyyətini təftiş eləmək qərarına gəlib. Məsələ ilə bağlı Fərhad Həsənovun mövqeyini öyrənmək istəsək də, lakin direktor ona edilən zəngləri cavabsız qoyub. Geri qayıt |