Əsas Səhifə > Ana xəbər / Güney Press > Oqtay Şirəliyevin xəstəxanasına yeni baş həkim təyin olundu

Oqtay Şirəliyevin xəstəxanasına yeni baş həkim təyin olundu


Bu gün, 16:27

Mərhum səhiyyə naziri Oqtay Şirəliyevin ailəsinə məxsus olan Respublika Diaqnostika Mərkəzinin baş həkimi dəyişib.

“DİA-AZ” Ölkə.az-a istinadən xəbər verir ki, 10 ildir xəstəxananın baş həkimi olan Könül Xəlilova vəzifəsindən azad olunub.

Artıq tibb müəssisəsinə yeni baş həkim təyin edilib. İmzalanan müvafiq əmrə əsasən, bu vəzifəyə mama-ginekoloq Nigar Axundova gətirilib. O, son təyinatadək “Caspian International Hospital”ın baş həkimi işləyib.

Xatırladaq ki, “Respublika Diaqnostika Mərkəzi” ASC 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Mərkəzə əvvəllər keçmiş səhiyyə naziri Oqtay Şirəliyev rəhbərlik edib. 2025-ci ildə onun vəfatından sonra xəstəxananın baş direktoru vəzifəsinə Vəzirov Rəşid Şamil oğlu gətirilib.


Geri qayıt