Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycanın Türkiyə və İsraillə olan münasibətləri...
Azərbaycanın Türkiyə və İsraillə olan münasibətləri...Bu gün, 07:18 |
|
Qondarma erməni soyqırımı məsələsinin daima manipulyasiya vasitəsi olduğu və Türkiyəyə qarşı təzyiq kimi istifadə olunduğu bəllidir. Artıq Ermənistanın belə bu qondarma məsələni tarixdə buraxdığı bir halda bundan hansısa ölkənin Türkiyəyə qarşı istifadə edib, divident əldə edəcəyi bir durum mümkünsüzdür. Türkiyə və İsrail arasında məlum gərginlik fonunda İsrail hakimiyyətinin "erməni soyqırımı" kartından istifadə etməsinin iki ölkənin də maraqlarına xidmət etmədiyi bəllidir.
İsrailin soyqırıma məruz qalmış bir dövlət kimi Türkiyəni "erməni soyqırımı" iddiasında günahlandırması sadəcə Türkiyənin manevr imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyır.
Məsələnin mahiyyəti ondan ibarətdir ki, hər hansı bir ölkənin sadəcə Türkiyə ilə probleminin olduğu bir dövrdə "soyqırım" məsələsinə baş vurması həmin ölkələrin Türkiyəyə qarşı ciddi təsir imkanlarının olmamasından irəli gəlir. Son olaraq ABŞ-da Bayden "erməni soyqırımını" tanıyan bəyanat vermişdi. Amma bu, heç nəyi dəyişməmişdi. Görünən də odur ki, nəyisə dəyişmək imkanında da deyil.
Azərbaycanın Türkiyə və İsraillə olan münasibətlərinin bu məsələ fonunda mövqeyi də belə olmalıdır ki, boş bir məsələ səbəbindən münasibətlərdə həssaslıq yaranmamalıdır. Türkiyə bu məsələni boş hesab edir, İsrail də bunun mənasız iş olduğunu bilə-bilə edirsə, onda Azərbaycan da buna əhəmiyyətsiz kimi baxmalı, dost və qardaş ölkələrlə əvvəlki münasibətlərini saxlamalıdır, hansı ki, belə də olacaq. İsrailin bu addımını kənardan ölkələr arasında düşmənçilik yaratmaq üçün istifadə edilməsi isə bizi istəməyənlərin işidir.
Müəllif: Azər Qasımov - "DİA-AZ"
Geri qayıt |