Əsas Səhifə > Ana xəbər / Güney Press > Goranboy icra hakimiyyətində kişi arvadını ÖLÜMÜNƏ DÖYDÜ
Goranboy icra hakimiyyətində kişi arvadını ÖLÜMÜNƏ DÖYDÜBu gün, 11:38 |
|
Xitab24.az-ın əldə etdiyi məlumata görə, təqsirləndirilən şəxsi bu il ailə mübahisəsi ilə bağlı Goranboy rayon İcra Hakimiyyətinə qəbula çağırılıb. Goranboy RİH-də müvafiq komissiyada münaqişəli ailə kimi qeydiyyata alındıqdan sonra onlara qısa müddətli mühafizə orderinin verilməsinin təmin edilməsi barədə rayon polis şöbəsindən daxil olmuş müraciət araşdırılıb. Nəticədə icra hakimiyyətinin rəsmilərinin iştirakı ilə ərlə arvad inzibati binanın konfrans zalında üz-üzə gəlib. Bu zaman cütlük arasında mübahisə yaranıb, Səftər yumruqla arvadına zərbə endirib. Bundan sonra hadisə yerinə polis əməkdaşları gələrək Səftər Quliyevi şöbəyə aparıblar. Hadisə Goranboy RİH-in Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Kürdoğlu Abbasov və Hüquq və kadr məsələləri sektorunun sektor müdiri Səbuhi Məhərrəmovun gözləri qarşısında baş verib. Məhkəmənin hökmnünə əsasən, Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən S.Quliyevin azadlığı bir il müddətinə məhdudlaşdırılıb. Geri qayıt |