Əsas Səhifə > Ana xəbər / Güney Press > Həbsdə olan Qarabağ qazisi KÖMƏK İSTƏYİR

Həbsdə olan Qarabağ qazisi KÖMƏK İSTƏYİR


Bu gün, 07:35

Hazırda həbsdə saxlanılan Qarabağ qazisi Hacı Vəliyevin vəkil xidmətinə ehtiyacı var. "DİA-AZ" xəbər verir ki, bunu müraciətində qazinin özü deyib.
Hacı Vəliyevin Gəncə 2 saylı istintaq təcridxanasından müraciətini təqdim edirik:
"Hörmətli həmvətənlər!
Hazırda Sabunçu Rayon Məhkəməsində və Nizami Rayon Məhkəməsində baxılan işlərim üzrə hüquqlarımın müdafiəsi üçün vicdanlı və peşəkar vəkilə ehtiyacım var.
Mənə bu məsələdə dəstək ola biləcək və ya uyğun vəkil tanıyan şəxslərdən kömək göstərmələrini xahiş edirəm.
Əvvəlcədən hər birinizə diqqətinizə və dəstəyinizə görə təşəkkür edirəm."

Geri qayıt