|
"Rusiya əvvəllər də ermənilərdən silahlı qruplar formalaşdıraraq onları Ukrayna ilə savaşa göndərirdi. Ancaq onlar əsasən Rusiyada yaşayan ermənilər və Ermənistandan gələnlər idi..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında yer alan açıqlamasında siyasi ekspert Elxan Şahinoğlu deyib.
O daha sonra fikrini belə davam etdirir: "Bu dəfə isə Rusiya Qarabağdan qaçan separatçılardan silahlı qruplar formalaşdıraraq Ukrayna ilə savaşa göndərib və bu faktı gizlətmədən dövlət televiziya kanalında yayımlayıb. Bu görüntünü ukraynalı dostlarıma, o cümlədən tanıdığım diplomatlara göndərdim. Ukraynaya dəstək verən beynəlxalq aləm, Qərb ölkələrinin rəsmiləri və diplomatları işğaçı qoşunların tərkibində Qarabağ separatçılarının döyüşdüyünü bilməli və bundan gərəkli nəticə çıxarmalıdırlar.
Geri qayıt
|