|
Məlum olduğu kimi, tanınmış vəkil, beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyevin 18 yaşlı qızı qəzada həyatını itirib. "DİA-AZ" xəbər verir ki, baş vermiş dəhşət olayın şokunu atlata bilməyən acılı ata özünün sosial şəbəkə hesabında növbəti açıqlama ilə çıxış edib.
Həmin açıqlamanı təqdim edirik:
"Burada qızım Zəhranın qəzası ilə bağlı bir məsələni qeyd etməliyəm, çünki yayımlanan videoda həmin hissə görsənmir. "77 GP 074" dövlət nömrə nişanlı "Mersedes" avtomobili nasazlığa görə dayandıqdan sonra bədbəxt hadisəyə qədər (16:44-də qəza baş verir) 8 dəqiqə keçmişdi. 8 dəqiqə. Bu müddət ərzində onun kifayət qədər vaxtı var idi ki, avtomobilin bagaj qapısını açsın, 15-20 metr arxadan hansısa xəbəredici nişan qoysun. Bunların heç birisini etmədi. 8 dəqiqə ona bəs etmədi ki, sürət yolunun sol zolağında yaratdığı təhlükəni dərk etsin. O sanki yaxınlaşan sürücüləri deyil, öz avtomobilini qorumağa çalışırdı, avtonun başından ayrılmırdı. Qızım Zəhra orta zolaqla gedən "99 HF 233" dövlət nömrə nişanlı "Opel" markalı avtomobilin arxasından gəlirdi, onu sol tərəfindən ötüb sol zolağa çıxıb həmin "Mersedes"lə toqquşdu. Bu məqamda qeyd etməliyəm ki, Opel sürücüsü də Zəhranı onu ötdüyünü gördüyü halda - onun pəncərələri açıqdı və o motosikli eşitməməsi mümkün deyildi, qanuni öhdəliyi olmasa da nə maşınını boş olan sağ zolağa çəkdi, nə də yavaşlayıb Zəhraya yol vermədi. Bu da qalsın onun vicdanına. Dünən Bakıda yaşayan bir italiyalı dostumla görüşdüm. Dedi ki o 13 yaşından moto sürür və ilk "bayk"ı da "Vespa" olub; o indi də Bakıda "bayk" sürür. Amma qeyd etdi ki, Bakıda avtomobil sürücüləri moto sürənlərə çox hörmətsiz yanaşır. Camaatın uşağı günlük 10 manat qazanmaq üçün "Volt"la, "Bolt"la mopedə motosiklə minib yemək daşıyır. Onlara qarşı diqqətli olaq. Avtomobilin yan güzgüləri arxadan yaxınlaşan motoları göstərmir, şüşələriniz bağlıdırsa, səsin də eşitmızsiniz. Ani sağa sola manevr etməyin, əvvəlcədən siqnal işıqlarınızı yandırın. Sürücünün xırda bir ehtiyatsızlığı, başqa insanların bütün dünyasını yıxa bilər. Dəyərmi?
Geri qayıt
|