Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyanın əsas rəqibinin həbsi üçün düymə basıldı

Paşinyanın əsas rəqibinin həbsi üçün düymə basıldı


Bu gün, 10:06

Ermənistanın Baş Prokurorluğu "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Tsarukyanın deputat toxunulmazlığının ləğv edilməsi ilə bağlı vəsatəti Mərkəzi Seçki Komissiyasına (MSK) göndərib.

Modern.az xəbər verir ki, məlumatı Ermənistan MSK-nın mətbuat xidməti “Sputnik Ermənistan”a təsdiqləyib. Qurum vəsatətin hansı cinayət işi çərçivəsində təqdim olunduğunu açıqlamayıb.

Bir sıra KİV-lərin məlumatına görə, məsələ iyunun 26-da Ermənistan Konstitusiya Məhkəməsi 7 iyun parlament seçkilərinin nəticələrinə etiraz edən siyasi qüvvələrin müraciətlərini müzakirə etdikdən sonra nəzərdən keçirilə bilər.

Qeyd edək ki, "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Tsarukyan Baş nazir Nikol Paşinyanın seçkilərdəki 3 əsas rəqibindən biridir.


Geri qayıt