|
"BakıKart fırıldağından xəbərdar olun!! Sənin də başına gələ bilər..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında xəbərdarlıq edən Ümid Babasoy adlı istifadəçi hər kəsi diqqətli olmağa çağırır. Narazı vətəndaş daha sonra bildirir: "Google Pay-də qeyd etdiyim kartımdan istifadə etmədiyim - 1 nömrəli marşrutdan bugün səhər saatlarında tək gediş haqqı çıxılıb (0.60 AZN). Zəng edirəm qaynar xəttinizə, piano sonatası açıb telefonu açmırsınız. Əsəblə WhatsApp-dan yazıram, deyirlər 22.06.2026 saat 12:35 dəki əməliyyat üçün bugün çıxılıb, o saatda o marşruta nə mən, nə də heç kim minməyib, sonra soruşurlar "10 nömrəliyə minmisiniz bəlkə?" Qısası sənin dünən və ya əvvəlki gün mindiyin hansısa avtobusu xatırlamaq ehtimalının az olduğundan sui-istifadə edirlər. Bu texniki nasazlıq deyil, fırıldaqdır, təkrarlanmayacağına da qarantiya verilmir və bunun üçün hüquqi proses başladacağam. Hər kəsi avam bilməyin..."
Geri qayıt
|