Əsas Səhifə > Ana xəbər / Güney Press > Hakimlərin ELEKTRON MƏHKƏMƏ fırıldağı...

Hakimlərin ELEKTRON MƏHKƏMƏ fırıldağı...


Bu gün, 07:26

"Elektron Məhkəmə Sisteminin bərbad işləməsi (xüsusilə bildirişlərin gəlməməsi məsələsi) artıq hakimlərin bundan sui-istifadə etməsinə gətirib çıxarıb..." "DİA-AZ" xəbər verir ki, bunu özünün etiraz dolu müraciətində tanınmış hüquq müdafiəçisi Əkrəm Həsənov qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Deməli, 20 apreldə hakim qətnamə qəbul edib, 27 mayda onu dərc edib və bu barədə 27 may tarixli məktub da göndərib (şəkilə baxın). 19 iyunda apellyasiya şikayəti vermişəm. Hakim onu geri qaytarıb: guya qətnaməni 18 mayda dərc edib sistemdə və 1 aylıq şikayət müddətini buraxmışam. Halbuki, elektron kabinetimdən aşkar görünür (şəkilə baxın) ki, mayın 13-dən 21-dək mənə ümumiyyətlə heç bir bildiriş gəlməyib. Bir sözlə, hakimlər artıq qanunsuz qərarlarından şikayətlərin verilməməsi üçün Elektron Məhkəmə Sistemində bildirişlərin gəlməməsindən sui-istifadə etməyə başlayıblar...
Yeri gəlmişkən, əslində hakim sui-istifadədə səhv edib. Gərək deyərdi ki, qətnaməni mayın 17-də dərc edib. Çünki 18-də dərc etməsi o deməkdir ki, 1 aylıq şikayət müddəti mayın 19-dan (Mülki Prosessual Məcəlləyə əsasən sonrakı gündən) hesablanmağa başlayıb və elə şikayəti verdiyim iyunun 19-da bitib. Yəni hər bir halda gecikmə yoxdur..."


Geri qayıt