Əsas Səhifə > Ana xəbər / Güney Press > İcra başçısının səyyar görüşündə gərgin anlar

İcra başçısının səyyar görüşündə gərgin anlar


Bu gün, 07:01

Balakənin icra başçısı Natiq Ağayevin səyyar qəbulunda gərgin anlar yaşanıb.

Xitab24.az-ın əldə etdiyi məlumata görə, hadisə icra başçısının Qaysa kənd tam orta məktəbinin iclas zalında keçirdiyi səyyar görüş zamanı qeydə alınıb.

Belə ki, qəbulda çıxış edən sakinlərdən biri həmkəndlisi Rasim Cüceyevin ünvanına “Bu, narkomandır” ifadəsini işlədib. Bundan sonra tərəflər arasında gərginlik artıb.

İcra başçısının, digər rəhbər şəxslərin, kənd sakinlərinin və yaxın qohumlarının yanında şərəf və ləyaqətinin alçaldıldığını düşünən R.Cücüyev həmkəndlisi barəsində xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib. O, məhkəmədən həmkəndlisinin 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

R.Cücüyev Gəncə Şəhər Narkoioji Dispanseri tərəfindən ona verilmiş arayışı da məhkəməyə təqdim edərək, narkotik alüdəçisi olmadığını bildirib.

Qeyd edək ki, məhkəmə şikayətin nəzərdə tutulmuş tələbələrə uyğun hazırlanmadığı üçün işin icraata qəbul olunmasından imtina edib.


Geri qayıt