Əsas Səhifə > Ana xəbər / Güney Press > Xəzərdə neft çirklənməsi niyə təhlükəlidir?
Xəzərdə neft çirklənməsi niyə təhlükəlidir?Bu gün, 05:32 |
|
Mətbuatda yazılana görə, “Aparılmış nəzarətli diaqnostik yoxlama nəticəsində çirklənmə mənbəyinin “Azneft” İB-yə məxsus sualtı neft kəmərlərindən biri olduğu müəyyən edilib. Sızma mənbəyi müəyyənləşdirildikdən dərhal sonra həmin sualtı kəmər üzrə neftin nəqli dayandırılıb. “Azneft” İB tərəfindən insidentin idarə olunması məqsədilə operativ qərargah yaradılıb və vəziyyət nəzarətə götürülüb”.
Sualtı neft kəmərlərində yaranan sızmalar Xəzər kimi həssas ekosistem üçün ciddi nəticələr yarada bilər. Maraqlıdır ki, məsələ ilə bağlı ekologiya və təbii sərvətlər nazirliyindən heç bir açıqlama yoxdur!
Beynəlxalq standartlara görə (ISO 14001, MARPOL və s.) neft hasilatı və nəqli zamanı əsas tələb sızıntı riskini minimuma endirməkdir. Bunun üçün boru kəmərlərinin mütəmadi texniki yoxlanması, korroziyaya qarşı qorunma, real vaxt monitorinq sistemləri və avtomatik bağlanma mexanizmləri tətbiq edilməli idi. Eyni zamanda fövqəladə hallara hazırlıq planı və operativ müdaxilə vasitələri əvvəlcədən hazır vəziyyətdə saxlanmalıdır.
Neft çirklənməsi nələrə səbəb olur:
? Neft suyun səthində qalın təbəqə yaradır və su ilə atmosfer arasında oksigen mübadiləsini azaldır. Bu isə balıqların, planktonların və digər su canlılarının nəfəs almasını çətinləşdirir və kütləvi stressə səbəb olur.
? Neftin tərkibindəki toksik maddələr qida zəncirinə daxil olur. Kiçik orqanizmlərdən başlayaraq daha iri balıqlara və sonda insana qədər təsir edən #bioakkumulyasiya prosesi başlayır. Xəzər suitisi ? kimi nadir canlılar birbaşa zərər görür
? Dəniz quşları lələklərinə yapışan neft səbəbilə uça bilmir, istilik balansını itirir və çox vaxt özlərini təmizləməyə çalışarkən zəhərlənirlər.
? Sahil ekosistemləri də ciddi zərər görür: torpaq, bitki örtüyü və yumurtlama sahələri çirklənir, bərpa prosesi isə illərlə çəkə bilir.
⚙️ Belə hallarda operativ müdaxilə, monitorinq və infrastrukturun daim nəzarətdə saxlanılması ekosistemin qorunması üçün kritik əhəmiyyət daşıyır...
Müəllif: EcoFront - "DİA-AZ"
Geri qayıt |