Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyana qarşı SƏFƏRBƏRLİK...
Paşinyana qarşı SƏFƏRBƏRLİK...Bu gün, 05:24 |
|
Milyarder Samvel Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan" alyansı iyunun 7-də keçirilən parlament seçkilərindən sonra baş nazir Nikol Paşinyana qarşı vahid cəbhə yaratmaq məqsədilə ölkənin iki digər böyük müxalifət qüvvəsi ilə danışıqlara başlayıb.
"Dia-az" xəbər verir ki, keçən cümə axşamı verdiyi müsahibədə Karapetyan "seçkidən sonrakı müxalifət koalisiyası" ideyasını irəli sürüb. O, hökumətə qarşı birgə addımları əlaqələndirmək üçün müxalif qüvvələrin iştirakı ilə xüsusi "əlaqələndirmə şurası" yaradılmasını təklif edib.
Keçmiş prezident Robert Koçaryanın "Hayastan" alyansı bu təklifi dərhal müsbət qarşılayıb. Koçaryan jurnalistlərə açıqlamasında Karapetyanın təşəbbüsünü yüksək qiymətləndirib.
"Hayastan" blokundan deputatlığa namizəd olmuş Levon Koçaryan (keçmiş prezidentin oğlu) həftəsonu danışıqların müsbət istiqamətdə getdiyini və tezliklə yaxşı xəbərlər veriləcəyini bildirib. Blokun digər rəsmisi İşxan Sağatelyan isə Azadlıq Radiosunun erməni xidmətinə müxalifət arasında məsləhətləşmələrin davam etdiyini təsdiqləsə də, detalları açıqlamayıb.
Geri qayıt |