Əsas Səhifə > Ana xəbər / Güney Press > “Kapital Bank”ın Müşahidə Şurasına mühüm təyinat olub
“Kapital Bank”ın Müşahidə Şurasına mühüm təyinat olubBu gün, 17:28 |
|
“Kapital Bank” ASC-nin rəhbərliyində mühüm dəyişiklik olub. Banker.az xəbər verir ki, İlya Arxipov Müşahidə Şurasının üzvü seçilib. O bu vəzifədə “PASHA Holding” MMC-dən təmsil edilən Cəlal Qasımov Ələkbər oğlunu əvəz edib. Hazərda Müşahidə Şurasına Məmmədov Fərid Usad oğlu sədrlik edir. Müşahidə Şurasının digər üzvü isə Həsənov Oqtay Arif oğludur. Marey Aleksey Aleksandrviç və Koşman Marqarita Vladimirovna isə müstəqil üzv kimi təmsil edilirlər. Bundan öncə isə İlya Arxipov “PAŞA Sığorta” ASC-nin Direktorlar Şurasının sədri vəzifəsinə təyin olunduğuna dair xəbər yayımlamışdıq. Geri qayıt |