Əsas Səhifə > Ana xəbər / Güney Press > Kəmaləddin Heydərov rəisi işdən çıxardı

Kəmaləddin Heydərov rəisi işdən çıxardı


Bu gün, 16:17

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Ziya Əfsərov vəzifəsindən azad olunub.

Qaynarinfo xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Abdulla Abdullayev Dövlət Yanğından Mühafizə Hissəsinin rəis əvəzi təyin olunub.

FHN-dən bildirilib ki, Ziya Əfsərov bir müddət əvvəl vəzifəsindən azad edilib.

Qeyd edək ki, polkovnik Ziya Əfsərov 2020-ci ildən Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi idi.


Geri qayıt