Əsas Səhifə > Ana xəbər / Güney Press > AQTA-nın özü ət məhsulunu ZƏHƏRLƏYİR?

AQTA-nın özü ət məhsulunu ZƏHƏRLƏYİR?


Bu gün, 15:00

"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin ət məhsullarının üzərinə vurduğu möhür, həmin ətin təhlükəsizliyini, sağlamlığa yararlılığını və rəsmi qaydada yoxlanıldığını təsdiq edir..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Vətəndaşların Əmək hüquqlarını müdafiə liqasının rəhbəri, hüquqşünas Sahib Məmmədov qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Mənə bir neçə rayonda deyiblər (hətta göstəriblər) ki, bu möhür üçün kimyəvi məhluldan (çerneldən) istifadə olunur. Belə möhür ətin üzərində xeyli sayda vurulur və onu yuyub təmizləmək olmur və ya çox çətin olur. Nəticədə hətta sağlam ət də orqanizm üçün təhlükə yaradır. Qaynadanda hətta ətin suyu göy rəngə çevrilir. Halbuki möhür üçün təhlükəsiz olan orqanik tərkibli xüsusi maye olmalıdır.
Bu barədə AQTA ictimaiyyətə məlumat versəydi yaxşı olardı..."

Geri qayıt