İqtisadiyyat.az xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyinat alıb.
O, ASK-nın Baş katibi kimi fəaliyyətini davam etdirməklə yanaşı, paralel olaraq artıq "Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinin icrasına başlayıb. Z.Hacılı göstərilən etimada görə təşəkkür edib.
O vurğulayıb ki, şirkətdə korporativ idarəetmə standartlarının gücləndirilməsi, daxili idarəetmə proseslərinin sistemləşdirilməsi, qərarvermə mexanizmlərinin təkmilləşdirilməsi və institusional idarəetmə yanaşmalarının tətbiqi əsas prioritetlər olacaq:
"Eyni zamanda, innovativ mühəndis və tikinti həlləri tətbiq etməklə müasir infrastruktur layihələrinin effektiv şəkildə reallaşdırılmasını hədəfləyirik. Sözügedən irimiqyaslı hədəflərə daha səmərəli nail olmaq üçün aidiyyəti sahibkarlıq subyektlərini və tərəfdaşlarımızı bizimlə sıx əməkdaşlığa dəvət edirəm. İnanıram ki, dövlət-biznes dialoqu çərçivəsində ölkəmizin iqtisadi hədəflərinə xidmət edən layihələrdə uğurlara birlikdə imza atacaq".