Əsas Səhifə > Ana xəbər / Güney Press > Xəyyam Əlizadə yüksək vəzifəyə gətirildi
Xəyyam Əlizadə yüksək vəzifəyə gətirildiBu gün, 12:40 |
|
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tabeliyindəki şirkətlərdən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) idarə heyətinin sədrinə yeni müşavir təyin edilib. Bu vəzifə Xəyyam Əlizadəyə həvalə olunub. Qeyd edək ki, X.Əlizadə 2021-ci ildən bu ilin may ayına qədər AZCON-un tabeliyindəki digər bir şirkət olan "Azərpoçt" MMC-nin idarə heyətinin sədrinin müavini vəzifəsində çalışıb. Məlumat üçün deyək ki, ASCO-nun idarə heyətinin sədri Əfqan Cəlilovdur. Ə.Cəlilov 2023-2026-cı illərdə Dövlət Dəniz və Liman Agentliyinin, 2021-2023-cü illərdə isə "Azərpoçt"un idarə heyətinin sədri olub. Plat.az Geri qayıt |