|
Millət uçurum qarşısındadır. Ailə dəyərləri tamamilə məhv olur. Dəhşətə gəlirəm. Hər gün Tik-tok platformasında canlı yayım açıram. Təsəvvür edin, yayıma qoşulan insanların 80 faizi boşanma və aliment problemləri ilə müraciət edib məsləhət alır. Xırda bir söz-söhbət ailənin dağılmasına səbəb olur. İnsanlar dözümsüz, eqolu və əsəbi olub, bir-birinə güzəşt və hörmət göstərmək artıq nadir halda baş verir. Ailə dəyərlərini məhv edən ən böyük səbəb isə əxlaqsızlıqdır. Hansı ki, bu əxlaqsızlıq xalqa sırandı, onun şüuraltına yeridildi. Qeylər, translar və fahişələr televiziya ekranlarında aparıcılıq edib bu xalqa yol göstərdi. O zaman səsimizi qaldırsaq da, bunun xeyiri olmadı. İndi daha gecdir. Bunun fəsadları hələ illərlə davam edəcək. Bloger, qey və fahişələri dövlət tədbirlərinə dəvət etməyin, rəsmi adamlar onlarla şəkil çəkdirib selfi etməsin. Onlar bu şəkillərdən istifadə edib əxlaqı dəyərləri korlayırlar.
Müəllif: Müşfiq Abbasov - hüquqşünas
"DİA-AZ"
Geri qayıt
|