Əsas Səhifə > Ana xəbər / Güney Press > 13 min tələbənin təhsildən kənarda qalması...

13 min tələbənin təhsildən kənarda qalması...


Bu gün, 05:44

"Ürək ağrıdan STATİSTİKA.... İl ərzində13 min tələbə təhsildən ayrılıb. 200 tələbə həyatını itirib..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış təhsil eksperti Məzahir Məmmədov qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Rəsmi statistikaya görə, ötən tədris ilində Azərbaycanda təxminən 13 min tələbə universitet və kolleclərdən xaric edilib. Onların arasında akademik borca görə xaric edilənlər də var, amma minlərlə gənc təhsil haqqını ödəyə bilmədiyi, davamiyyət problemi yaşadığı və ya müxtəlif sosial səbəblərlə təhsildən uzaq düşüb.
Ən ağır məqam isə budur ki, eyni dövrdə 200 tələbə vəfat edib.
13 min tələbənin təhsildən kənarda qalması sadəcə fərdi uğursuzluq deyil. Bu, itirilən mütəxəssislər, müəllimlər, mühəndislər, həkimlər və alimlər deməkdir.
13 min yarımçıq qalmış təhsil taleyi. 200 yarımçıq qalmış həyat.
Bu rəqəmlər cəmiyyət olaraq hamımızı düşündürməlidir."


Geri qayıt