Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyan son qərarını açıqladı: Ermənistanda yeni seçkilər keçiriləcəkmi?
Paşinyan son qərarını açıqladı: Ermənistanda yeni seçkilər keçiriləcəkmi?Bu gün, 15:50 |
|
Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı yayılan iddialara qəti şəkildə aydınlıq gətirib. Musavat.com xəbər verir ki, hökumət başçısı ölkədə yeni seçkilərin keçirilməsinin planlaşdırılmadığını qətiyyətlə bəyan edib. Ermənistan mediasının yaydığı məlumata görə, Paşinyan hakim partiyanın səsvermədə iştirak üçün oturaqlıq senzinin (müəyyən müddət ölkədə yaşamaq tələbi) tətbiq edilməsi ilə bağlı irəli sürdüyü yeni təşəbbüsün erkən seçkilərə hazırlıq mənasına gəlmədiyini bildirib. Baş nazirin sözlərinə görə, seçki qanunvericiliyinə təklif olunan bu dəyişikliklər hələ növbəti seçkilərdən əvvəl gündəmə gətirilmişdi. Lakin o, səsvermə ərəfəsində qanunvericiliyə bu cür düzəlişlərin edilməsinin əleyhinə olduğu üçün məsələ məhz indi hüquqi müstəviyə daşınıb. Paşinyan vurğulayıb ki, islahatların məqsədi seçki sistemini təkmilləşdirməkdir, hər hansı bir siyasi manipulyasiya və ya vaxtından əvvəl hakimiyyəti yeniləmək cəhdi deyil. Geri qayıt |