Əsas Səhifə > Ana xəbər / Güney Press > Agentliyin departament müdiri işdən çıxdı: YÜKSƏK VƏZİFƏYƏ təyin olundu

Agentliyin departament müdiri işdən çıxdı: YÜKSƏK VƏZİFƏYƏ təyin olundu


Bu gün, 15:48

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin departament müdiri işdən çıxıb.

Tibbi-sosial ekspertiza xidmətinin təşkili departamentinin müdiri Yalçın Sakit oğlu Niftiyev vəzifəsindən ayrılıb. O, 2024-cü ildən bu vəzifədə çalışırdı.

Agentliyin Hüquq departamentində isə yeni təyinat olub. Əsəd Nazim oğlu Əliyev adıçəkilən departamentin Məhkəmə mübahisələri və qərarların icrasına nəzarət şöbəsinin müdiri təyin edilib.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin işdən çıxan departament müdiri Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) yüksək vəzifəyə təyin olunub. Y.Niftiyev SOCAR vitse-prezidentinin müavini təyin edilib.

unikal.az


Geri qayıt