Əsas Səhifə > Ana xəbər / Güney Press > Səhiyyənin Təminat Mərkəzinin 1.6 milyonluq dərman tenderinə "antiinhisar" əngəli

Səhiyyənin Təminat Mərkəzinin 1.6 milyonluq dərman tenderinə "antiinhisar" əngəli


Bu gün, 05:45

"Səhiyyənin Təminat Mərkəzi" Publik Hüquqi Şəxsi tərəfindən elan edilən irimiqyaslı satınalma müsabiqəsi qanunvericiliyin tələblərinə cavab vermədiyi üçün ləğv edilib.

32gun.az-ın məlumatına görə, söhbət "Dərman preparatları, tibbi ləvazimatlar və laboratoriya üçün sərfiyyat materiallarının satın alınması" məqsədilə keçirilən və ehtimal olunan qiyməti dəqiq olaraq 1 627 574.79 AZN təşkil edən tenderdən gedir.

Satınalmada iştirak etmək üçün qanuni təklif və təminat təqdim edən, həmçinin müvafiq lisenziyaya malik olan təchizatçıların sayı üçdən az olduğu üçün proses "Dövlət satınalmaları haqqında" qanunun 36.1.1-ci maddəsinə əsasən ləğv olunub. Antiinhisar nəzarəti çərçivəsində rəqabət mühitinin formalaşmaması səbəbindən reallaşmayan bu 1.6 milyonluq satınalmanın yenidən keçirilib-keçirilməyəcəyi hələlik məlum deyil.


Geri qayıt