Əsas Səhifə > Ana xəbər / Güney Press > Lənkəran Balıq Kombinatı batdı: Həm bağlandı, həm də borc içindədir

Lənkəran Balıq Kombinatı batdı: Həm bağlandı, həm də borc içindədir


Bu gün, 08:11

"Lənkəran Balıq Kombinatı" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinə tamamilə son qoyulub və şirkətin dövlətə vergi borcu yaranıb.

32gun.az-ın əldə etdiyi məlumata görə, nizamnamə kapitalı 304 776 AZN olan nəhəng kombinat rəsmən bağlanaraq "passiv" statusa keçib. Şəmsəddin Hüseynov Güləli oğlunun qanuni təmsilçisi olduğu müəssisənin maliyyə ili hesabatlarında fəaliyyətsizliyi qeyd edilsə də, hazırda dövlət büdcəsinə 16 807.76 AZN vergi borcu yığılıb qalıb.

Hüquqi ünvanı Lənkəran rayonu, Nərimanabad qəsəbəsi olan kombinatın bu borcu necə ödəyəcəyi isə qeyri-müəyyən olaraq qalır.


Geri qayıt