Əsas Səhifə > Ana xəbər / Güney Press > "Xəzərbalıq" çökdü: Şirkət fəaliyyətini dayandırdı, borcu üzə çıxdı

"Xəzərbalıq" çökdü: Şirkət fəaliyyətini dayandırdı, borcu üzə çıxdı


Bu gün, 06:33

"Xəzərbalıq" Məhdud Məsuliyyətli Müəssisəsinin fəaliyyətində ciddi maliyyə problemləri yaranıb və şirkət rəsmən "passiv" statusa keçib.

32gun.az-ın əldə etdiyi məlumata görə, fəaliyyətini dayandıran müəssisənin dövlət büdcəsinə 40 658.44 AZN məbləğində vergi borcu yığılıb qalıb.

Nizamnamə kapitalı 117 000 AZN təşkil edən şirkətin qanuni təmsilçisi isə Aydın Sultanov Əkrəm oğludur. Hazırda fəaliyyətsiz olan balıqçılıq müəssisəsinin bu qədər irihəcmli borcla bağlı hansı hüquqi proseslərlə üzləşəcəyi diqqət mərkəzindədir.


Geri qayıt