Əsas Səhifə > Ana xəbər / Güney Press > “PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib

“PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib


Bu gün, 12:52

“PAŞA Sığorta” ASC-nin Direktorlar Şurasının sədri vəzifəsinə İlya Arxipov Valeriviç təyin olunub. O bu vəzifədə Rövşən Allahverdiyev Şamil oğlunu əvəz edib.

Banker.az xəbər verir ki, bununla bağlı səhmdarların Ümumi Yığıncağı qərar verib.

İlya Arxipov hazırda “PAŞA Maliyyə Holdinqi” MMC-nin baş icraçı direktorunun müavinidir.

Eyni zamanda, Direktorlar Şurasının üzvlərindən Şahin Çingiz oğlu Məmmədov və Dəyanət Bayrambəy oğlu Sədullayev də yeni tərkibdə yer almayıblar.

Bundan əlavə, Direktorlar Şurasına iki yeni üzv – Fərid Məmmədov Usad oğlu və Nailə Səfərəli Nurəddin qızı daxil edilib. Müstəqil üzv kimi isə Ceyhun Məmmədbəyli fəaliyyətini davam etdirir.

Beləliklə, Direktorlar Şurasının yeni siyahısı belə olacaq:

  • Arxipov İlya Valeriviç — sədr
  • Üzvlər
    • Asəf Hüseynov Akif oğlu
    • Səmayə Novruzova İsmət qızı
    • Oqtay Həsənov Arif oğlu
    • Fərid Məmmədov Usad oğlu
    • Nailə Səfərəli Nurəddin qızı
    • Ceyhun Məmmədbəyli Mobil oğlu — müstəqil üzv

Xatırladaq ki, “PAŞA Sığorta” şirkəti 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Şirkətin səhmləri 100% daxil olduğu “PAŞA Holdinq” MMC-yə məxsusdur.


Geri qayıt