Əsas Səhifə > Ana xəbər / Güney Press > Ermənistanda müxalifət parlamenti boykot etdi

Ermənistanda müxalifət parlamenti boykot etdi


Bu gün, 11:05

İyunun 16-da Ermənistan parlamentinin fəaliyyət müddəti başa çatan tərkibinin son dördgünlük iclası başlayıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, gündəlikdə ümumilikdə 56 məsələ yer alıb. Onlardan 12-si ikinci və yekun oxunuşda, qalanları isə birinci oxunuşda müzakirə olunacaq..

Bu qanun layihələrinin əksəriyyəti dövlət idarəçiliyi, vergi sistemi, ətraf mühitin mühafizəsi, yerli özünüidarəetmə və iqtisadi fəaliyyətin tənzimlənməsi sahələrinə aiddir.

Ermənistan mətbuatı yazır ki, müxalif deputatlar parlament iclasını boykot edib.

"Müxalifət iyunun 16-da başlayan iclasda iştirak etmir. Beləliklə, iclas yalnız hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputatların iştirakı ilə keçirilir", - mətbuat yazır.

Baş nazir Nikol Paşinyan da parlamentdə iştirak edir.


Geri qayıt