Əsas Səhifə > Ana xəbər / Güney Press > Ermənistan KTMT-dən ÇIXA BİLƏR
Ermənistan KTMT-dən ÇIXA BİLƏRBu gün, 13:26 |
|
Ermənistanın Baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı son açıqlaması regionda müzakirələrə səbəb olub.
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı ajans.az-a danışan politoloq Turan Rzayev bildirib ki,, Ermənistan KTMT-nin üzvü olsa da, təşkilat İrəvanın təhlükəsizlik gözləntilərini tam qarşılamayıb.
Onun sözlərinə görə, məhz bu səbəbdən KTMT-nin prosesə müdaxilə etməsi üçün hüquqi əsas formalaşmayıb.
“Bu səbəbdən yaxın perspektivdə nə KTMT-dən rəsmi çıxış, nə də təşkilatdan xaric edilmə ehtimalı yüksək görünür. Mövcud vəziyyətin bir müddət davam edəcəyini düşünürəm”
“Ermənistan üçün KTMT-də qalmaq müəyyən manevr imkanları yaradır. Buna görə də prosesin çıxışla nəticələnməməsi ehtimalı da kifayət qədər yüksəkdir. Hər şey regiondakı siyasi vəziyyətdən asılı olacaq”. Politoloqun fikrincə, Paşinyan hakimiyyəti xüsusilə Avropa İttifaqı və NATO ilə münasibətləri inkişaf etdirməyə çalışır: “Ermənistanın NATO-ya üzv olacağını düşünmürəm. Bununla belə, İrəvanın Qərblə yaxınlaşma siyasəti davam edir. Bu baxımdan KTMT-dən çıxmaq məsələsi müəyyən hallarda siyasi təzyiq və ya “şantaj” kimi istifadə oluna bilər”. Geri qayıt |