Əsas Səhifə > Ana xəbər / Güney Press > Ermənilər təəccüb içində: Paşinyanın partiyası parlamentə rusları da buraxacaq

Ermənilər təəccüb içində: Paşinyanın partiyası parlamentə rusları da buraxacaq


Bu gün, 11:41

Ermənistanda hakim “Vətəndaş Müqaviləsi” Partiyası parlamentdə 105 yerdən 64 mandat qazanaraq konstitusion çoxluq əldə edib.

KONKRET.az xəbər verir ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Vaaqn Ovakimyanın verdiyi məlumata görə, Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası 61 əsas mandat və milli azlıqların nümayəndələri üçün ayrılmış 3 mandat olmaqla ümumilikdə 64 yer əldə edib.

Bu mandatlar arasında rus icmasının nümayəndəsi də yer alır.

Müxalif “Güclü Ermənistan” bloku 28 mandat və milli azlıqlar üzrə 1 əlavə mandat qazanaraq parlamentdə 29 yerlə təmsil olunacaq.

“Ermənistan” bloku isə 12 mandat əldə edib.

Beləliklə, hakim partiya hökuməti təkbaşına formalaşdırmaq hüququ ilə yanaşı, parlamentdə 3/5 səs çoxluğu sayəsində konstitusiya qanunlarını qəbul etmək imkanına da sahib olub.


Geri qayıt