Əsas Səhifə > Ana xəbər / Güney Press > “Yəqin Kamal Abdulla qısqanc insandır, ya da qadını ona qarşı biganə olub ki, bu sözü deyir”

“Yəqin Kamal Abdulla qısqanc insandır, ya da qadını ona qarşı biganə olub ki, bu sözü deyir”


Bu gün, 10:40

Xalq artisti, tanınmış diktor Ofeliya Sənani Moderator.az-a açıqlamasında bildirib ki, ailədə qadın və kişinin qazancı bir yerdə olmalıdır. Amma bəzi hallarda çox pul qazanan xanımlar özlərini daha çox səlahiyyət sahibi kimi göstərirlər. Bu da hər iki tərəfin qarşılıqlı münasibətlərinin pozulmasına gətirib çıxarır:


“Mən qadın ola-ola evə daha çox pul gətirərdim. Heç vaxt da fəxr etməzdim ki, mənim pulum sənin pulundan çoxdur. Niyə mən onun başına qaxınc etməliydim ki? Kişi də, qadın da övladları üçün işləməlidir. Onlar düşünməməlidirlər ki, mən daha çox pul qazandım yoxsa sən?! Məqsəd, niyyət bir olmalıdır. Belə olan yerdə ailə möhkəm olur. Kişi özü üçün, qadın özü üçün işləsə o ailədə heç ruzi-bərəkət də qalmaz” deyə Ofeliya Sənani bildirib.


Ofeliya Sənani Xalq yazıçısı Kamal Abdullanın bir müddət əvvəl qadınlar haqda səsləndirdiyi fikirlərə münasibətini də bildirib:


“Necə yani qadın işləməməlidir?! Xeyr, Kamal Abdullanın bu sözü ilə razı deyiləm. Bu düzgün deyilməyən sözdür. Mən bilirdim ki, səhər işdəyəm, gecə saat 3-də də olsa yemək bişirib qoyurdum ki, uşaqlarım ac-yalavac qalmasın. Mənim yadıma gəlmir ki, gecə saat 3-dən tez yatım. Elə vaxt olub ki, səhər saat 6-ya qədər oyaq qalmışam. 1 saat oturan yerdə yuxulamışam, yorğan-döşəyə girməmişəm ki, yatıb qalaram. Ehtiyyat işlərimi görürdüm, ürəyim rahat işə gedirdim ki, balalarım ac deyil.

Evdə uşaqlara baxanım da var idi, ona maaş da verirdim. Həmişə gəlib baxıb görürdüm ki, kim hansı meyvə şirəsini istəyibsə çəkib qoyub. Mən arxayın idim. Kamal Abdulla yəqin ki, qısqanc insandır, ona görə xanımların işləməsini istəmir, deyir ki, qadınlar evdə oturmalıdır. Yaxud da onun qadını yəqin uşaqlarına biganə olub, yaxşı baxmayıb, evdə biş-düş etməyib. O görməsə, narahat olmasa bu cür söz deyə bilməz. Hər kəs həyatında gördüyünü danışır da” deyə diktor bildirib.


Geri qayıt