Əsas Səhifə > Ana xəbər / Güney Press > Ermənistan qan çanağına dönür:

Ermənistan qan çanağına dönür:


Bu gün, 01:37

Ermənistanda parlament seçkilərinin yekun nəticələrinin təsdiqlənməsindən sonra paytaxt İrəvanda vəziyyət daha da gərginləşib.

Musavat.com xəbər verir ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) binası qarşısında toplaşan müxalifət tərəfdarları ilə MSK üzvləri arasında gərgin anlar yaşanıb.

Sosial şəbəkələrdə yayılan videogörüntülərdə MSK binasını tərk edən komissiya üzvlərinin etirazçıların qəzəbi ilə üzləşdiyi görünür. Nümayişçilər seçkilərin saxtalaşdırıldığını və xalqın səsinin oğurlandığını bildirərək komissiya üzvlərinə sərt etirazlar ediblər.

Kadrlarda etirazçılardan birinin MSK nümayəndələrinə ünvanladığı “sən niyə ölməmisən, ey səs oğrusu, niyə ölməmisən?” sözləri eşidilir. Bundan başqa, komissiya üzvlərinin ətrafının etirazçılar tərəfindən mühasirəyə alındığı və tərəflər arasında qarşıdurma yaşandığı görünür.

Müxalifət liderləri seçkilərin nəticələrini tanımadıqlarını bəyan edərək proses zamanı ciddi pozuntulara yol verildiyini bildirirlər. Onların sözlərinə görə, minlərlə seçicinin iradəsi təhrif olunub və nəticələr hüquqi müstəvidə mübahisələndiriləcək.

Hazırda İrəvanda etiraz aksiyaları davam edir. Müxalif qüvvələr tərəfdarlarını mübarizəni davam etdirməyə çağırır, hakimiyyət isə seçkilərin qanunvericiliyə uyğun keçirildiyini bildirir.


Geri qayıt