Əsas Səhifə > Ana xəbər / Güney Press > Neft bumu artıq geridə qalıb: İslahat yuxarılardan başlamalıdır, aşağılardan yox...

Neft bumu artıq geridə qalıb: İslahat yuxarılardan başlamalıdır, aşağılardan yox...


Bu gün, 07:16

Azərbaycanda iqtisadi inkişaf niyə dayanıb və ya belə idarəciliklə niyə də dayanmamalıydı. ?
​Ölkəmiz ard-arda iki ağır devalvasiya yaşadı. Dünya pandemiya dönəmini coxdan unudub , Azərbaycanda hələ də " pandemiya " davam edir . Artıq 6 ilə yaxındır ki, ölkənin quru sərhədləri qapalı qalıb. Nə bunun real səbəbini rəsmi izah edən var, nə də ölkə iqtisadiyyatına vurduğu milyardlarla manatlıq zərəri hesablayan.
Əvvəllər Rusiyada yaşayan soydaşlarımız hər il ölkəyə 2-3 milyard dollar civarında vəsait göndərirdisə, indi bu axın qəpik-quruşa enib.
​ Neft bumu artıq geridə qaldı.
​ Birinci Avropa Oyunları ərəfəsində Eldar Mahmudovun şəbəkəsinin yerli iş adamlarına vurduğu zərbənin həcmi 6-8 milyard dollar civarında qiymətləndirilir. Azərbaycan iqtisadiyyatındakı geriləmənin təməli məhz bu dövrdə — 2015-ci ildən sonra qoyuldu.
​Beynəlxalq Bankdakı mənimsəmələr və sonradan onun "sağlamlaşdırılması" prosesi dövlətə 18-20 milyard dollara başa gəldi. 2015-ci ildə ölkədə 45 bank fəaliyyət göstərirdisə, bu gün onların sayı 23-ə düşüb. Bağlanan 22 bankda vətəndaşların yüz milyonlarla manatlıq əmanəti batdı.
Ölkəyə real gəlir və canlanma gətirə biləcək xarici investisiyaların qarşısı hələ də qapalıdı.
​Ölkənin iqtisadi strukturundan və bazar qaydalarından bixəbər olan iqtisadi komandanın yarıtmaz fəaliyyəti nəticəsində manatın aktivliyi minimuma endirildi. Çünki dövriyyədəki aktiv pulu idarə etmək üçün bilik və təcrübəyə ehtiyac varıydı.
Mövcud komanda iqtisadiyyata təkan vermək əvəzinə, özünü ən pis Sovet "OBXSS"i (Sosialist mülkiyyətinin talanmasına qarşı mübarizə idarəsi) kimi apardı. İqtisadiyyatın hansı sahəsində bir canlanma və hərəkətlilik var idisə, oraya bir comaq soxdular.
​Bu gün isə ayılıblar ki, iqtisadi inkişaf tempinə görə bütün qonşulardan geri qalmışıq.
Guya nəsə etmək istəyirlər , nəsə qərarlar qəbul edirlər. Yenə yanlış yoldadırlar.
Dərdi bilməsən , dərman edə bilməzsən .
​Şüarlarla vətəndaşın qarnı doymaz. Özünüzü aldatmayın: bu gün vətəndaşın balışının altına heç nə qalmayıb. Əksər əhalinin bu gün xərclədiyi vəsait faktiki olaraq bank kreditləri və borclardan ibarətdir.
İslahat yuxarılardan başlamalıdır, aşağılardan yox.
İxtsarlar yuxarılarda getməlidir , aşağılarda yox.
Pul yuxarılardadır, aşağılarda yox
Oğurluq yuxarılardadır, aşağılarda dolanmaqdır.
Xarici banklara gedən pula baxın , aşağılarda qalan pulun qorxusu yoxdur , dövriyədədir.
Xalqa kömək edə bilmirsinizsə mane olmayın.
Ölkədə problem olan kimi "qılıncınızı" cəkib aşağılara hücum etməyin .
Yeməkdən doymayan , yalamaqdan doymaz.
Tərif deyəndən qorxun, tənqid edəndən yox.
Müəllif: Şahin Nəcəfov - "DİA-AZ"

Geri qayıt