Əsas Səhifə > Ana xəbər / Güney Press > BOKT-nin səhmdarı idarəetmədə iştirak səlahiyyəti əldə edib

BOKT-nin səhmdarı idarəetmədə iştirak səlahiyyəti əldə edib


Bu gün, 11:36

“FinEx Kredit” BOKT ASC-nin Müşahidə Şurasının üzvlərindən biri dəyişdirilib.

Banker.az xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarı ilə səhmdar Gülnurə Mirzəyeva Məmməd qızı müvafiq struktura üzv seçilib.

O bu vəzifədə Səməd Mirzəyev Murad oğlunu əvəz etmiş olub.

Xatırladaq ki, “Finex Kredit” 2013-cü ildə yaradılıb. BOKT-nin səhmlərinin 26,7 %-i Azad Cəbrayılova, 16,7 %-i Səməd Mirzəyevə, 16,5 %-i Ramina Allahverdiyevaya, 13,4 %-i Səadət Mirzəyevaya, 10,2 %-i Şəlalə Tağıyevaya, 7,5 %-i Tokay Şıxəlizadəyə, 3,6 %-i Rövşən Məmmədova, 2,3 %-i Mobil Şərifova, 2 %-i Xaqan Mirzəyevə, 1,1 %-i isə Gülnarə Tağıyevaya məxsusdur.


Geri qayıt