|
Rəsmi statistikamız deyir ki, cari ilin may ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından qarabaşaq yarması, mal və qoyun əti, kolbasa məmulatları, pendir, kəsmik, süfrə marqarini, günəbaxan və qarğıdalı yağı, limon, alma, kivi, ağ kələm, brokkoli, göyərti, göy lobya, süfrə çuğunduru, soğan, qazlı və qazsız suların qiymətləri bahalaşıb. Amma ki, təzə balıq, yumurta, banan, çiyələk, xiyar, pomidor, şirin bibər, badımcan, yerkökü, sarımsaq və kartofun qiymətləri ucuzlaşdığına görə ümumilikdə qida məhsulları 0,1 faiz ucuzlaşıb. Bütün əsas ərzaq məhsulları bahalaşıb, bir neçə meyvə-tərəvəz ucuzlaşdığına görə qida məhsullarında deflyasiya qeydə alınıb... Yəni bizim camaat sarımsağa soğandan, balığa ətdən çox pul xərcləyir ki, qida məhsulları səbətində payı belə yüksəkdir?
Müəllif: Dünya Sakit - "DİA-AZ"
Geri qayıt
|