Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyandan "Zəngəzur əməliyyatı"

Paşinyandan "Zəngəzur əməliyyatı"


Bu gün, 04:42

Ermənistanda seçkinin yekun nəticələri ətrafında qalmaqal böyüyür.

Musavat.com xəbər verir ki, partiyadan deputatlığa namizəd Gevorq Stepanyan bildirib ki, İrəvanın Nubarashen rayonundakı 10/51 saylı məntəqədə “Çiçəklənən Ermənistan” 131, Zəngəzur vilayətinin Ağarak şəhərində yerləşən 35/65 saylı məntəqədə isə 82 səs toplayıb. Onun sözlərinə görə, həmin məntəqələrin nəticələrinin ləğv edilməsi nəticəsində partiya ümumilikdə 213 səs itirib.

Stepanyan hesab edir ki, baş verənlərdən sonra Ermənistanda azad və şəffaf seçkilərdən danışmaq mümkün deyil.

Partiyanın mətbuat katibi İveta Tonoyan da MSK-nın qərarını sərt tənqid edib. O bildirib ki, iki məntəqənin nəticələrinin gecə saatlarında ləğv edilməsi “Çiçəklənən Ermənistan”ın parlamentə düşməsinin qarşısını almaq məqsədi daşıyıb.

Tonoyanın sözlərinə görə, bu qərarın seçkilərin dürüstlüyü və legitimliyi ilə heç bir əlaqəsi yoxdur və bütün seçki prosesini şübhə altına alır.

Qeyd edək ki, ilkin nəticələrə əsasən “Çiçəklənən Ermənistan” Partiyası 3,93 faiz səs toplayıb. Partiyanın parlamentə keçməsi üçün tələb olunan baryeri aşmasına cəmi 0,07 faiz çatmayıb. Bu səbəbdən siyasi qüvvə səslərin yenidən sayılmasını tələb edir və qərardan məhkəməyə şikayət verəcəyini açıqlayıb.



Geri qayıt