Əsas Səhifə > Ana xəbər / Güney Press > AzəriQaz-da QƏZA: XƏSARƏT ALANLAR VAR...

AzəriQaz-da QƏZA: XƏSARƏT ALANLAR VAR...


Bu gün, 08:13

İyunun 5-də "Azəriqaz"ın Ağsu Regional İdarəsinin Kürdəmir Xidmət Sahəsində iki sürücü, bir çilingərin yanıq xəsarətləri alması ilə nəticələnən istehsalat qəzası baş verib. "DİA-AZ" xəbər verir ki, bu barədə sözügedən qurumun işçisi Sadiq Abdullayev məlumat açıqlayıb.

Xəbərdə daha sonra deyilir: "Orta təzyiqli qaz kəmərinin kipliyinin yoxlanılmasında yol verilən səhlənkarlıq ağır nəticəyə səbəb olub. Sürücülərdən birinin xəsarəti ağır qiymətləndirilir.

Hadisəni qeydiyyatdan gizlətmək mümkün olmayıb.

Görək, cavabdehləri necə, məsuliyyətdən gizlədə biləcəklərmi... İstənilən halda xəstələrə Allahdan şəfa diləyirik".

Qeyd edək ki, məsələyə reaksiya verən tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı özünün sosial şəbəkə hesabında əlaqədar qurum və şəxslərə müraciət edərək izahat verilməsini tələb edib.


Geri qayıt