Əsas Səhifə > Ana xəbər / Güney Press > İnsident törədən Galenwagen: ORTADA MÜƏMMA VAR...
İnsident törədən Galenwagen: ORTADA MÜƏMMA VAR...Bu gün, 07:01 |
Galenwagen avmobili ilə insident törədən sürücü ilə bağlı yeni detallar bəlli olub.Xəbər verdiyimiz kimi, iyunun 7-də Abşeron rayonunun Masazır qəsəbəsində “Galenwagen Mercedes” və “Kia” markalı avtomobillərin sürücüləri arasında insident yaşanıb.
Bununla bağlı Ajans.az “Galenwagen Mercedes” markalı, “77-UE-011” dövlət qeydiyyat nişanlı avtomobilə aid olan rent-a-car şirkəti ilə əlaqə saxlayıb. Onlar avtomobilin satıldığını bildirib. Eyni zamanda, nəqliyyat vasitəsinin satışının hələ notarial qaydada rəsmiləşdirilmədiyini də qeyd edib.
Ekspert əlavə edib ki, əgər vətəndaşın etibarlı sürücülük vəsiqəsi varsa, bu, onun sürücülük hüququ əldə etmək üçün tələb olunan tibbi və psixoloji yoxlamalardan keçdiyini göstərir: “Psixoloji vəziyyəti sürücülük üçün yararsız hesab edilən şəxslərə sürücülük vəsiqəsi verilmir. Müştərinin sürücülük qabiliyyətinin və ya təhlükəsiz idarəetmə bacarıqlarının qiymətləndirilməsi isə aidiyyəti dövlət qurumlarının səlahiyyətinə daxildir. Rent-a-car şirkətlərinin vəzifəsi və ya hüququ deyil ki, vətəndaşın sürücülük qabiliyyətini yenidən yoxlasın, onun təhlükəsizlik baxımından uyğunluğunu qiymətləndirsin və ya əlavə sağlamlıq arayışı tələb etsin. Bu məsələlər qanunvericiliyə uyğun olaraq müvafiq qurumlar tərəfindən tənzimlənir”. Geri qayıt |