|
" "Azparking" bəlkə də dünyanın ən “rasxodsuz” biznesidir..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında jurnalist Məhəmməd Türkmən qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Yolu dövlət çəkir, sən sadəcə xətt çəkib pul yığırsan.
Vətəndaş 1 saat 1 dəqiqə saxladısa, 2 saatın pulunu alırsan. Sonra həmin yerə başqa maşın gəlir, qalan 59 dəqiqəni ona da satırsan. Mayası olmayan satış...
Bu qədər qazancın yanında bir dəfə də vətəndaşın tərəfində olun. 1 saat 6 dəqiqə saxlayıbsa, 2 saat niyə ödəməlidir?"
Geri qayıt
|