Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyan hakimiyyətdə qaldı, AMMA...
Paşinyan hakimiyyətdə qaldı, AMMA...Bu gün, 05:53 |
|
Ermənistan baş naziri Nikol Paşinyanın parlament seçkilərində qazandığı qələbə Rusiyanın onun qərbyönlü siyasi addımlarını pozmaq cəhdlərinə ciddi zərbə vurdu. "DİA-AZ" bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Amma parlamentdə üçdə iki səs çoxluğunun əldə edilə bilməməsi ABŞ-nin vasitəçiliyi ilə aparılan Azərbaycan-Ermənistan sülh prosesini çətinləşdirə bilər.
Bu, Ermənistanın 2023-cü ildəki hərbi məğlubiyyətindən sonra keçirilən ilk seçki idi. Həmin il Azərbaycan Qarabağ üzərində suverenliyini tam bərpa etmişdi. Bakı sülh sazişinin imzalanması üçün Ermənistandan konstitusiyasından Dağlıq Qarabağla bağlı hissəni çıxarmasını tələb edir. Bunun üçün isə Paşinyana parlamentdə üçdə iki səs çoxluğu lazımdır.
"Seçkilərdən sonra Ermənistanda ən vacib mövzu yeni konstitusiyanın qəbulu olacaq", –Koçinyan bildirib. Onun sözlərinə görə, bu məsələ həm demokratik islahatların davamı, həm də Azərbaycanla sülh prosesinin irəliləməsi ilə birbaşa bağlıdır.
Geri qayıt |