Əsas Səhifə > Ana xəbər / Güney Press > Tokayev Paşinyana jest etdi və...

Tokayev Paşinyana jest etdi və...


Bu gün, 05:14

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Ermənistanın baş naziri Nikol Paşinyanı rəhbərlik etdiyi Mülki Müqavilə Partiyasını parlament seçkilərində qələbəsi münasibətilə ilk təbrik edən liderlərdən olub. Bu təbrik Tokayevin həm də Kremlə mesajıdır. Rusiya Prezidenti Vladimir Putin və onu ətrafı bir müddətdir Nikol Paşinyanı “Ermənistanı Avrasiya İqtisadi İttifaqından çıxararıq” açıqlamasıyla hədələyirlər. Rusiya rəsmiləri bu hədəni səsləndirərkən, İttifaqın digər üzvlərinin, o cümlədən Qazaxıstanın rəyini nəzərə almırlar. Halbuki, Qazaxıstanın heç bir rəsmisi Paşinyanın ünvanına “Ermənistan Avropa İttifaqı ilə interqasiya siyasətindən imtina etməsə Avrasiya İqtisadi İttifaqından çıxarılacaq” açıqlamasını səsləndirməyib. Putin Paşinyanı hələ təbrik etməyib, əksinə Rusiya rəsmiləri seçkidə pozuntular barədə müxtəlif iddialar irəli sürüblər. Tokayev isə bunların fonunda Paşinyanı təbrik etməklə yanaşı ona Ermənistanın uzunmüddətli milli maraqları naminə işində uğurlar arzulayıb.

Müəllif: Elxan Şahinoğlu - "DİA-AZ"


Geri qayıt