|
Camaat çörək axtarır, bunlar da tema tapıblar. Noolub, nə baş verib?! Noolacaq, bəs xanım deputat hazır mətni üzündən oxuyanda fonetik, hətta sintaktik səhvlərə yol verib. Pah atonnan! Dünya dağılıb ki! Ə, noolsun ki! Sanki nəsə fövqəladə şey olub. Guya iki baş nazirimiz, sabiq xarici işlər nazirimiz, bəzi deputatlarımız öz nitqləri ilə dilimizi dil yerinə qoymayıblar, noolub ki?! Sanki deputat yavan danışmayıb yağlı danışsaymış, ildırım çaxıb yağış yağacaqmış, ot-ələf bitəcəkmiş, biz də doyunca yonca yeyəcəkmişik.. Əzəldən bu dili əyə-əyə danışanlar yuxarı başda olmayıblarmı?! Hətta alqışlamışıq da onları! P.S. Marketlərdə olduğu kimi, apteklərdə də qiymətlər maaşlarla müqayisə olunmayacaq dərəcədə od tutub yanır. Bəlli bir təbəqə istisnadır. Qalanların aldığı 400-600AZN-dir! Çörək dalınca yad ellərə üz tutan azərbaycanlılara isə Azərbaycan dili, demək olar ki, lazım olmur..
Müəllif: İdris Abbasov (dilçi alim)
"DİA-AZ"
Geri qayıt
|